80 illik tarix ərzində ZIPPO Classic 218ZL alışqanının dizaynı dəyişməz olaraq qalmışdır – xarakteristik düzbucaqlı forma, xüsusi cclick-kliklə açılan elegant qapaq, böyük çarx – od çıxaran mexanizm və məşhur küləkdən qoruyan ekran. Bu alışqan şaxtada davamlı işləyir, güclü küləkdə sönmür, xüsusi qulluq tələb etmir. Bu gün ZIPPO Classic 218ZL alışqanı xüsusi təqdimata ehtiyac duymur. ABŞ-ın əsas simvollarından biri haqlı olaraq öz sahəsində bazarın ən yaxşı nümayəndəsi hesab edilir və bütün dünyada məşhurdur. Mükəmməl Zippoya sahib olan hər kəs, ona ruhən yaxın bir mövzu təsviri olarsa, keyfiyyətli əşyadan estetika həzzi alacaq.