ASUS ROG 240mm AIO —
Displey və Vizual İmkanlar: Su soyutmasının üzərindəki ekran təkcə görüntüdən ibarət deyil, həqiqətən funksionaldır. Armoury Crate proqramı vasitəsilə prosessorun və ekran kartının temperaturunu, fırlanma sürətini real vaxt rejimində izləmək mümkündür. İzləmə rejimlərindən əlavə, istədiyiniz GIF animasiyalarını, fərdi loqoları və ya mətnləri ekrana daxil etmək olur. Vizual tərəfdən bazardakı ən keyfiyyətli displeylərdən biridir.
Soyutma Performansı: 240 mm radiator hətta güclü və yük altında işləyən prosessorların temperaturunu optimal həddə saxlamaq üçün tam kifayət edir. Nasosun (pump) və fanların işi effektivdir, istilik paylanması dərhal həyata keçirilir.
Səs Səviyyəsi və Keyfiyyət: Material keyfiyyəti premium səviyyədədir, boruların bükülməsi və montajı rahatdır. Aşağı və orta yüklənmədə nasosun səsi demək olar ki, eşidilmir. Maksimal fırlanma sürətində fanlar hiss olunsa da, performansa görə bu gözləniləndir.
Proqram Təminatı: Bütün idarəetmə Armoury Crate üzərindən olunur. Animasiya yükləmək və göstəriciləri tənzimləmək çox sadədir, lakin proqramın özünü vaxtaşırı yeniləmək lazımdır ki, sinxronizasiya problemi yaşanmasın.