İş yeri: Binə qəsəbəsi
Sahə: İstehsalat
Əmək haqqı: Müsabiqə əsasında
Vəzifə öhdəlikləri:
Şirkətin istehsal etdiyi məhsulların korporativ müştərilərə (B2B) satışının təşkili;
Yeni korporativ müştərilərin cəlb edilməsi və müştəri portfelinin genişləndirilməsi;
Tikinti, sənaye və digər korporativ müəssisələrlə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi;
Müştərilərlə görüşlərin keçirilməsi, məhsul təqdimatlarının edilməsi və kommersiya təkliflərinin hazırlanması;
Müqavilələrin bağlanması prosesində iştirak etmək və satışın icrasını izləmək;
Satış planının yerinə yetirilməsi və mütəmadi hesabatların hazırlanması;
Bazarın və rəqiblərin təhlilini apararaq satış imkanlarını müəyyənləşdirmək.
Tələblər:
B2B satış sahəsində 3–5 il iş təcrübəsi
Ali təhsil;
Azərbaycan dilini səlis bilmək, rus və ya ingilis dillərindən birini bilmək üstünlükdür;
MS Office proqramlarında işləmək bacarığı;
Güclü ünsiyyət, təqdimat və satış bacarıqları;
Məsuliyyətli, nəticəyönümlü və komandada işləmək bacarığı;
B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilinin olması üstünlükdür.
Şirkət tərəfindən təmin edilir:
Nahar;
Servis xidməti;
Yanacaq;
Koorporativ nömrə;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 15.10.2026