Avtomobil şəxsi maşınımdır. Bazarda tapılan çapılmış, sağdan sola keçirmə (yaponka) və ya vuruq-baxımsız E46-larla bir tutmayın. Saf, vuruğu olmayan və ideal keçmişi olan maşın axtaranlar buyursun.
* Bazar/Mənşə: Orijinal Almaniya istehsalıdır (Nemka), Avropa bazarı üçün buraxılıb. Zavod sol sükandır (keçirmə deyil).
* Mühərrik: Üzərində zavodun qoyduğu orijinal, qoşa vanuslu M52TU mühərrikidir. Bilən bilit bu necə matordur. (BMW Motorstərəfindən rəsmi olaraq mühərrikin zavoddan gələn orijinal motor olduğu təsdiqlənib). Çox dözümlü və tam saz motordur.
* Yürüş: Cəmi 197.000 km (İlinə görə orijinal və çox az sürülmüş maşındır).
* Sürətlər qutusu: Avtomat (Gecikməsi, vurmağı və ya heç bir problemi yoxdur).
* Təzə Olunan Qulluqlar (Xərc Tələb Etmir):
* Mühərrikin yağı təzə dəyişdirilib.
* Benzin filtri yenisi ilə əvəz olunub.
* Kondisioneri tam işlək vəziyyətdədir və kondisionerin hava filtri (salat filtri) təzə dəyişdirilib.
* Təkərləri təzədir, heç bir xərci yoxdur.
* Salon: Təmiz və səliqəli parça salondur, heç bir yerində sökük, cırıq və ya deşik yoxdur.
* Sənədlər: Tam qaydasındadır. Texniki baxışdan yeni (1 həftə əvvəl) keçib, növbəti baxış gələn ildi. Sığortasının vaxtı da gələn ilin mart ayına kimidir. Alıcı sənəd işlərinə əlavə xərc qoymayacaq.
* Vəziyyəti: Avtomobilin demək olar ki, bütün detalları, orginaldır. Məhəllədə uşaqların çəkdiyi xırda, cüzi kosmetik cızıqları mövcuddur.
* Zavod Toxunulmazlığı: Maşının zavod detalları tam toxunulmaz qalıb. Hətta benzin bakının qapağının zavod plombu yerindədir, boltları açılmayıb, arxa qanadlar tam orijinaldır.