BMW 528, 2012-ci il, 2.0 litr turbo benzin mühərriki, 245 at gücü və avtomatik sürətlər qutusu.
Avtomobil zövqlə M görünüşünə yığılıb və edilən dəyişiklik rəsmi qaydada texniki pasporta qeyd etdirilib. Texniki pasportda “M5 yığılıb” qeydi mövcuddur. Sənədləri tam qaydasındadır, alqı-satqıda heç bir problem yoxdur.
Avtomobil problemsiz və saz vəziyyətdədir. Mühərrik, sürətlər qutusu və hərəkət hissəsi normal işləyir. Salonu səliqəli saxlanılıb. Gündəlik istifadəyə tam hazırdır.
Əsas xüsusiyyətləri:
• M görünüşlü ön və arxa buferlər
• M sükan
• M dizaynlı disklər
• Dörd çıxışlı egzoz sistemi
• Qara dəri salon
• Lyuk
• LED işıqlar
• Elektriklə tənzimlənən oturacaqlar
• Multimedia sistemi
• İqlim nəzarəti
• Park radarları
• Start/Stop sistemi
• İki açar
Avtomobil Amerika bazarı üçün istehsal olunub. Texniki pasport üzrə mühərrik həcmi 1997 sm³, rəngi qara metalikdir. Yürüşü 275 970 km-dir.
Real alıcı avtomobilə baxdıqdan sonra qiymətdə razılaşmaq mümkündür. İstənilən yerdə yoxlatdırıla bilər.