Avtomobil Vizual olaraq ən incə detalına qədər F90 M5-ə yığılıb. (Kapot, ön & arxa bamperlər, yan ətəklər, ön qənədlər, arxa qənədlərin palçıqlığı səsboğucu çıxışlar 706M style disklər) saydığım detallardan başqa detalda kraska yoxdur. Salon mebelləri karbon vinillə, rul alcantara materialı ilə üzlənib. Head up, açarsız giriş (hər 4 qapıda), elektro baqaj, rul qızdırıcı, barmaq jesti ilə audio idarə etmə, distronik və s, hamısı işlək vəziyyətdədir. Mator, karobka, xadavoy saz vəziyyətdə, sığorta təzəlikcə yenilənib, təkərləri yaxşı vəziyyətdədir. Alan adam heç bir xərc çəkmədən rahat sürəcək. Heç yağını da dəyişməyəcək, 1000km əvvəl dəyişmişəm. Real alıcı ilə razılaşmaq olar.