Canon Pixma TS6340a modeli satılır. Ev, ofis və ya kiçik mağazalar üçün çox sərfəli və ideal seçimdir.
Vəziyyəti: 1 ildir məndədir, ümumilikdə 1000 vərəq belə çap edilməyib, az istifadə olunub. Son dəfə yoxlanılarkən kompyuterlə sorunsuz əlaqə qurub və problemsiz çap edib.
Xüsusiyyəti və Vəziyyəti: Siyah-bəyaz çapı əla vəziyyətdədir. Rəngli çap funksiyası çox net və yüksək keyfiyyətlidir, lakin rəng tonlamasında göy (mavi) filtr effekti verir. Rəng tənzimlənməsi tələb edə bilər və ya birbaşa bu şəkildə də istifadə oluna bilər.
Bonuslar (Üstündə verilir):
Çindən xüsusi sifarişlə gətirilmiş doldurula bilən (reusable) kartriclər (Sırf bu kartriclərin gəlmə qiyməti 200 AZN-ə başa gəlib).
Rəng dəstləri (mürəkkəblər).
Kompyuterə qoşulma kabeli.
Funksiyaları: Çap (Print), Skan (Scan), Surəti çıxarma (Copy), Wi-Fi vasitəsilə naqilsiz çap dəstəyi.
İhtiyac olmadığı üçün satılır. Qiymətdə real alıcıya cüzi endirim etmək olar.