Prayk
Çay servizi — Qablar və mətbəx əşyaları, Bakı
500 ₼

Çay servizi

For saleVerifiedUsedToday
City
Bakı
Date
Number
№1723619

Description

Nadir Vintaj Alman Servizi - Flores Bavaria (Qırmızı daşlı) Almaniya istehsalı olan kolleksiya dəyərli, çox nadir tapılan orijinal vintaj çay/kofe servizi satılır (məşhur Flores Bavaria brendi). Serviz 1960–1970-ci illərə aiddir. Şərq və barokko üslubunda işlənmiş, zəngin qızılı örtük və Yaqut (rubin) rəngli dekorativ daşlarla incəliklə bəzədilmiş xüsusi modeldir. Bu dizaynda olan modellərə satışda çox nadir hallarda rast gəlinir. Dəstə daxildir (15 parça, 6 nəfərlik tam dəst): 1 ədəd hündür altlıqlı çaynik/kofeynik (qapaq ilə) 1 ədəd qənddan (qapaq ilə) 1 ədəd süd qabı (qaymaqdan) 6 ədəd hündür ayaqlı nəfis fincan 6 ədəd nəlbəki Vəziyyəti: Kolleksiya vəziyyətindədir (İdeal). Qızılı örtüyü parıltılıdır, bütün dekorativ daşları üzərindədir. Heç bir sürtülməsi, çatlayı, qırığı və ya zədəsi yoxdur. Nadir əşyaları sevən kolleksionerlər və evinə dəbdəbəli estetika qatmaq istəyənlər üçün mükəmməl seçimdir.

Similar listings

Qablar — Bakı
800 ₼

Qablar


BakıYesterday 18:28