145 PRO — SATILIR
📅 2024-cü ilin dekabr buraxılışı
🆕 2025-ci ilin avqust ayında 0 km olaraq alınmışdır
Maşın hazırda çox az sürülüb:
⛽ Benzinlə: 7.000 km
🔋 Elektriklə: 6.000 km
📌 Ümumi yürüş: cəmi 13.000 km
❗ QEYD: Bu avtomobil 145 PRO versiyasıdır. Yəni elektriklə 145 km yürüş edən versiyadır. Bazarda olan digər A05-lərin bir çoxu 70 km-lik versiyalardır. Elanı qarışdırmayın — söhbət məhz 145 Pro-dan gedir.
Maşın demək olar ki, salondan çıxan vəziyyətdədir. Ayaqaltılarına qədər hər şeyi yeni almışam. İş yerim evimin qarşısında olduğu üçün avtomobil gündəlik uzun məsafələr sürülməyib və həqiqətən çox səliqəli vəziyyətdədir.
🔌 Üstəlik, maşının üzərində təxminən 200 dollar dəyərində şarj aparatı da hədiyyə veriləcək.
Maşını xaricə köçdüyüm üçün satıram. Digər avtomobilimi də satıram və artıq iki avtomobil saxlamağa ehtiyacım yoxdur.
Açığı, bu kilometrajda belə bir avtomobili satmaq mənim üçün də asan deyil. Bilirəm ki, nə vaxtsa Azərbaycana qayıtsam, bu yürüşdə və bu vəziyyətdə olan A05 145 Pro-nu indiki qiymətə tapmaq çox çətin olacaq. Sadəcə xaricə köçdüyüm üçün məcbur satıram.
Bir məsələni də xüsusi qeyd edim: maşın elanlarına baxanda bu modelin xeyli hissəsinin taksidə işlədilmiş olduğunu görmək mümkündür. Bu avtomobil isə taksi görməyib, çox az istifadə olunub və şəxsi avtomobil saxlanılıb.
Maşını alan adam həqiqətən yaxşı avtomobil alacaq.
Allah həm alana, həm də satana xeyir versin.