İsveçrənin məşhur iXS brendinə məxsus PS2 Premium Shell Systems modelli tam üzlü (Full-Face) moto-dəbilqə satılır. Çin istehsalı, keyfiyyətsiz kaskalarla bir tutmayın, çox dözümlü və etibarlı modeldir.
Əsas özəllikləri:
Təhlükəsizlik: Beynəlxalq ECE R22.05 sertifikatlıdır. Korpusu zərbəyə qarşı yüksək müqavimətlidir.
İkiqat şüşə (Double Visor): Şəffaf xarici şüşə ilə yanaşı, kaskanın daxilindən enən xüsusi günəş eynəyi var (şəkillərdə göründüyü kimi).
Havalandırma: Başın tərləməməsi üçün ön, üst və arxa hissələrdə tənzimlənən aktiv hava kanalları mövcuddur.
İçlik: Daxili astarı, kəməri və padları tamamilə bütöv və təmizdir, heç bir yırtığı yoxdur.
Vəziyyəti:
Heç bir ağır zərbəsi və ya çatlağı yoxdur. Kosmetik olaraq istifadəyə bağlı yüngül cızıqları var, lakin sürüşə və görmə bucağına heç bir maneə törətmir.
Hədiyyə: Orijinal iXS kaska torbası (daşıma çantası) üstündə verilir.
Qiymət: 180azn (Real alıcıya cüzi endirim olacaq.Özüm mağazadan 290 AZN-ə almışam)