Tələblər:
Ali təhsil (Biznesin idarə olunması, Data analitika)
Satış, planlama, satınalma və ya distribusiya sahəsində minimum 3–5 il iş təcrübəsi
Azərbaycan dili və İngilis dili səlis, Rus dili biliyi arzuolunandır
Analitik düşünmə və güclü hesabat hazırlama bacarığı
MS Power Bİ, MS Excel və digər hesabat proqramlarında yüksək işləmə bacarığı
Satış analizləri, proqnozlaşdırma və bazar araşdırmaları üzrə təcrübə
Komanda idarəetmə və liderlik bacarıqları
Azərbaycan dilində sərbəst, rus və ingilis dili biliklərinin olması üstünlükdür
Yüksək ünsiyyət, təqdimat və problem həll etmə bacarıqları
Məsuliyyətli, nəticəyönümlü və strateji düşünmə qabiliyyəti
Əsas vəzifələr:
Distribyutoru olduğumuz xarici şirkətlərin məhsulları üzrə satınalma prosesinin idarə olunması və sifarişlərin vaxtında həyata keçirilməsi
İstehsal prosesinin fasiləsiz davamlılığını təmin etmək məqsədilə 1,5–2 illik istehsal və tələbat proqnozlarının hazırlanması
Xarici anbarlarda məhsul mövcudluğunun, stok səviyyələrinin və məhsulların yararlılıq müddətlərinin (srok) daim nəzarətdə saxlanılması
Hazır məhsullar üzrə alış planlarının hazırlanması və bazar tələbatına uyğun proqnozlaşdırmanın aparılması
Yerli anbar qalığına gündəlik nəzarətin həyata keçirilməsi, istifadə müddəti azalan məhsullar barədə aidiyyəti şöbələrin əvvəlcədən məlumatlandırılması
Məhsulların qeydiyyat statusuna uyğun olaraq satınalma və istehsal planlarının hazırlanması və koordinasiyası
Satış göstəricilərinin mütəmadi analizi, bazar dinamikalarının təhlili və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi
Ümumi bazar üzrə satış məlumatlarının toplanması, vahid məlumat bazasında konsolidasiya edilməsi və mütəmadi olaraq satış komandasına təqdim olunması
Tibbi nümayəndələr üçün aylıq, rüblük və illik satış hədəflərinin hazırlanması, nəticələrin təhlil edilərək satış komandasına təqdim olunması
Şirkətin strateji inkişaf məqsədlərinə uyğun biznes planların hazırlanması və icrasının izlənilməsi
Bazar araşdırmalarının aparılması, rəqiblərin fəaliyyətinin izlənilməsi və satış statistikalarının hazırlanaraq rəhbərliyə təqdim olunması
Satış və stok göstəricilərinə əsasən risklərin əvvəlcədən müəyyənləşdirilməsi və optimallaşdırıcı tədbirlərin görülməsi
Satış, logistika, satınalma və istehsal şöbələri arasında koordinasiyanın təmin olunması
Məhsul portfelinin effektiv idarə olunması və bazar tələbatına uyğun inkişaf təkliflərinin verilməsi
Şirkətin satış strategiyasının hazırlanmasında və icrasında aktiv iştirak etmək
İş şəraiti
İş qrafiki: Həftədə 5 gün, 09:00–18:00
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 2000 AZN
Göstərilən tələblərə uyğun namizədlərdən mövzu hissəsində “Dərman təchizatı və satınalma şöbəsinin rəisi” qeyd edərək CV formasını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 21.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/planeta-istehsal-kommersiya-sirketi-derman-techizati-ve-satinalma-sobesinin-reisi-151728