Antonio Banderas Blue Seduction Kateqoriya: fresh · aromatic · aquatic Qoxu piramidası • Üst notlar: qovun, bergamot, nanə, qara qarağat • Ürək notlar: dəniz notları, yaşıl alma, kardamon, muskat, kapuçino akkordu • Alt notlar: ağac notları və kəhrəba Ümumi təsvir Bu ətir təmiz, sərin və meyvəli-dənizvari vibe verir. Açılışda şirin-fresh qovun və sitrus hiss olunur, sonra aquatic (dəniz sərinliyi) və aromatik ədviyyəli yumşaqlıq gəlir. Gündəlik istifadə üçün rahat və xoş qoxudur.