Təsvir
Bankın tərəf qismində çıxış etdiyi müvafiq məhkəmə qərarlarının, notariat icra qeydlərinin, arbitraj qərarlarının və digər səlahiyyətli orqanların qərarının icrasını təmin etmək üçün effektiv addımların atılması;
İcra qurumları, borclular, icra edilməli olan qərarlar üzrə tərəflərlə münasibətlərin effektiv formada qurulması;
Borclular tərəfindən ödənişlərin vaxtında və lazımı qaydada yerinə yetirilməsinin təmin edilməsi üçün müvafiq addımların atılması;
Bankın qeyri-işlək kredit portfeli üzrə icra mərhələsində olan işlər üzrə yığımın edilməsinin təmin edilməsi;
Axtarışda olan işlərlə bağlı daxili işlər orqanları və digər hüquq mühafizə orqanları ilə münasibətdə Bankın maraqlarını təmsil edək zəruri addımların atılması;
İcraatda olan işlərlə bağlı banka daxil olmuş vəsaitlərin aidiyyatı üzrə köçürülməsi üçün müvafiq hərəkətlərin yerinə yetirilməsi;
Bankın müxtəlif struktur bölmələrindən daxil olan sorğuların hüquqi ekspertizasının aparılması, hüquqi rəylərin verilməsi;
İcra mərhələsində olan işlərlə bağlı dəqiq və aktual məlumat bazasının yaradılmasını, mütəmadi olaraq yenilənməsinin təmin edilməsi;
İcra portfelində olan işlərlə bağlı müvafiq olaraq tələb olunan hesabatların hazırlanmasını və təqdim edilməsinin təmin edilməsi;
Müxtəlif məsələlərlə əlaqədar bankın səlahiyyətləri qərarvermə orqanlarının qərarlarının icrası üçün zəruri addımların atılmasının təmin edilməsi;
Mövcud hüquqi tənzimlənməni təmin etmək üçün qanunvericiliyə təkliflərin hazırlanması, müvafiq struktur bölmələr tərəfindən hazırlanan təkliflərə hüquqi rəylərin verilməsi;
Dövlət və qeyri-dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması, bununla bağlı zəruri hərəkətlərin yerinə yetirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Təhsil: Hüquq sahəsində ali təhsil (bakalavr);
Tələb olunan iş təcrübəsi: 1-2 il iş təcrübəsi;
Xarici dillər: İngilis (səlis);
Kompüter bilikləri: Microsoft Office.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 07.10.2026