Salam. Maşın şəxsi avtomobilimdir, azərbaycana gətiriləndən ilk sahibiyəm. Avtomobil ideal vəziyyətdədir, LİMİTED versiyadır. Gündəlik ev-iş məqsədilə sürülüb və maşına həmişə vaxtında qulluq göstərilib. Vəziyyəti idealdır, bütün xərcləri qarşılanıb, otur sür maşındır.
Komplektasiya:
• Sürücü və ön sərnişin oturacağının qızdırılması
• Keyless Entry – açarsız giriş və işə salma
• Start/Stop sistemi
• Avtomat sürətlər qutusu
• 1.8 L DOHC mühərrik
Texniki vəziyyəti:
• Motor, karobka, predok və bütün elektron sistemi saz vəziyyətdədir.
• İstənilən ustada və istənilən servisdə yoxlatdıra bilərsiniz.
• Əsasən 95 oktan benzin istifadə olunub. İstəyən şəxs üçün yanacaq xərclərini də göstərə bilərəm.
• Mühərrik yağı bahalı Amsoil yağları ilə dəyişdirilib. Yağ dəyişimi həmişə VİVA yağdəyişmədə olunub, kitabçası da təqdim ediləcək.
• Karobka yağı təxminən 5–6 ay əvvəl dəyişdirilib.
• Nakladkalar təxminən 1 ay əvvəl Hİ-Q marka ilə yenilənib.
Salon və əlavə avadanlıqlar:
• Dəri oturacaqlar – problemsiz vəziyyətdədir.
• Oturacaqlar üçün keyfiyyətli və bahalı çexollar alınıb. Mövsümə uyğun olaraq yay/qış örtükləri dəyişdirilə bilir.
• Keyfiyyətli, bahalı EVA ayaqaltılarla təmin olunub.
• Zavoddan gələn original ayaqaltılar da veriləcək.
Disk və işıqlandırma:
• Original 17-lik “lezva” disklərdir. Sonradan taxılmış Taiwan disklərindən deyil.
• Ön faralar lupalı və LED sistemlidir.
• Arxa faralar da LED-dir.
• Ön faralarda sonradan quraşdırılan LED lampalar qanuni tələblərə uyğun, zavod halogen lampasının göstəricilərinə uyğun seçilib. Sənədi və zəmanəti mövcuddur və təxminən 2 ildir bu formada istifadə olunur.
Yanacaq sərfiyyatı:
• Tıxaclı şəhər içi: təxminən 8–10 L/100 km
• Normal şəhər/qarışıq sürüş: təxminən 5–7 L/100 km
Sərfiyyat sürüş tərzindən və yol şəraitindən asılı olaraq dəyişir.
Maşının nömrəsi üzərində veriləcək. Real alıcılar maşına istənilən yerdə baxış keçirə bilərlər.
Xahiş olunur ki, bekar adamlar zəng edib absurd təkliflərlə narahat eləməsin. Maşına koroğlu metrosu ərazisində baxmaq olar. Maşına baxıldıqdan sonra qiymətdə razılığa gələ bilərik.