Obyekt Azadlıq prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində, şəhərin aktiv və əlverişli hissəsində yerləşir.
Ərazi yüksək piyada və avtomobil axını ilə seçilir. Obyektin ətrafında çoxsaylı mağazalar, iaşə və digər kommersiya obyektləri fəaliyyət göstərir.
Obyekt əsas hissədə 2 geniş zaldan ibarətdir. Arakəsmə divarları sökülərək zalları birləşdirmək və vahid, geniş showroom sahəsi yaratmaq mümkündür. Showroom, mağaza, aptek, ofis, xidmət sahəsi və digər kommersiya fəaliyyətləri üçün uyğundur.
Obyektin arxa hissəsində 2 ayrıca ofis otağı, mətbəx və sanitar qovşağı mövcuddur.