“ATL Tech” olaraq İnsan Resursları fəaliyyətinin səmərəli təşkili məqsədi ilə “İnsan Resursları üzrə mütəxəssis” vəzifəsi üzrə namizəd axtarışındayıq.
Vəzifə öhdəlikləri:
İR ilə əlaqədar müvafiq sənədləşmə, kargüzarlıq proseslərinin həyata keçirilməsini təmin etmək;
Vəzifə öhdəliklərini təhlil etmək və müvafiq vakansiya elanlarının hazırlanması prosesində iştirak etmək;
CV-lərin ilkin seçim və qiymətləndirilməsini həyata keçirmək, uyğun namizədləri müəyyənləşdirmək;
Namizədlərlə müsahibələrin təşkilini və namizəd seçimi prosesini həyata keçirmək;
Yeni əməkdaşların işə qəbul və şirkətə adaptasiya prosesinin təşkilində iştirak etmək;
İşçilərin şəxsi işlərinin, əmək müqavilələrinin və digər kadr sənədlərinin hazırlanmasını təmin etmək;
İşə qəbul, vəzifə dəyişikliyi, məzuniyyət, xitam və digər kadr prosesləri üzrə müvafiq sənədləşmələri həyata keçirmək;
ƏMAS portalında əmək münasibətləri ilə bağlı müvafiq əməliyyatları həyata keçirmək;
İR məlumat bazasının mütəmadi olaraq yenilənməsini və düzgün idarə olunmasını təmin etmək;
İşçilərin davamiyyət və məzuniyyət məlumatlarının uçotunu aparmaq;
Müvafiq İR hesabatlarının hazırlanmasında iştirak etmək;
Şirkətdaxili tədbirlərin və digər İR layihələrinin təşkilində iştirak etmək;
İR proseslərinin təkmilləşdirilməsi və effektivliyinin artırılması istiqamətində proseslərdə rol almaq;
Tələblər:
Ali təhsil;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı (İngilis dili biliyi arzu olunandır);
Microsoft Office proqramlarından sərbəst istifadə istifadə bacarığı;
Analitik düşünmək qabiliyyəti;
Aktiv və təşəbbüskar yanaşma;
Dəqiqlik və detallara diqqətli yanaşma;
Müraciətlərinizi mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.
Son müraciət tarixi: 14.10.2026