Seiko SQ
Kolleksioner və saat həvəskarlarının diqqətini çəkəcək təklifdir
1977ci il istehsalı (Seikonun ilk nəsil çarxlı yani hibrid quartz saatını satışa təqdim edirəm
Saat 3il əvvəl xaricdən zakazla gətirilib hal hazırda müəyyən etdiyim qiymətdən dəfələrlə baha kolleksiya saatım olduğu üçün məndə olduğu müddətcə çox az istifadə etmişəm
Saatın şəkillərindəndə aydın olduğu kimi zavod istehsalı olaraq nədirsə odur əlavə olaraq heçnə dəyişilməmişdir hətta şüşəsi belə saatın özünə aiddir(araşdıra bilərsiz)
Bu saatı digər saatlardan seçəcək özəllikləri bura qeyd edirəm
İlk öncə onu deyimki bu saatı digər quartzlardan fərqləndirən özəllik bütün sxemin dişli polad çarxlardan ibarət olmasıdırki saat asanlıqla açılıb yuyula və təmir edilə bilir və rubin daşlarla təchiz olunub mexaniki saat qədər uzun ömürlü olduğunun qarantiyasını rahatlıqla verə bilərəm üstəlik mexanika saatlarda çox çox dəqiqdir elə ona görədirki seikonun ilk SQ(single quartz) saatıdır və üzərində logosu qeyd olunub
Mexanizmin dəqiq olaraq kodu(Caliber 4336) gedir dözümlülüyünə isə söz yoxdur
Saatın arxa qapağında akumlyatoru rahat dəyişmək üçün Battery Hatch (batareya yuvası) var.Bunun müsbət tərəfi arxa qapağı açmadan batareyanı dəyişə bilməkdir bu mexanizmi digər təsirlərdən su tozdan qoruyur və ömrünü dəfələrlə artırır.Çox nadir saatlarda bu özəllik olur
Saatın eksteryerinə gəldikdə hər hansısa erroziyası yoxdur və səliqəlidir ən əsası isə heçbir cilalanma işi aparılmayıb
bilərziyi o dövrə xas olan integrated bilərzikdir (korpusa bir başa bağlantılı) sırf elə buna görə bu saatı almağa dəyər
Bilərziyi uzundur qısaldılmayıb həmçinin logosu kodu hamısı öz yerindədir
Saatın buraxılış ili dəqiq olaraq 1977ci ilin dekabrıdır(datada məlumatı var)
Diqqət edəcəyiniz nüans: xahiş edilir saata baxarkən bu saatın əsl vintaj olduğunu indi buraxılan və yaxud ordan burda yığılma saatlarla bir tutmayasız hal hazırda saat bazarında bildiyiniz kimi minlərlə seiko var ancaq özünə xas (egg dial interation bilərzik) çox çox az rastlanılır
Saat haqqda bacardığım qədər dolğun məlumat verdim ama yenədə yaddan çıxan hansısa nüans olarsa əlaqə saxlayaraq öyrənə bilərsiz
Hər bir real alıcıya telefonum 24saat açıqdır fikrim sadəcə tez zamanda satmaqdır
Şəhər ərazisində oluram saat isə üzərimdə olur ancaq satışa çıxardığım üçün dezinfeksiya edib qoluma taxmıram alan rahatlıqla təzə saat alırmış kimi əldə edəcək
Həmçinin bölgələrimizə göndərmə imkanımda var
İnşəAllah satılanda elanı siləcəm
Allah hərkəsin xeyrini versin
Diqqətiniz üçün minnətdaran. Ceyhun