Bu, standart Isuzu ELF-lərdən biri deyil. 2026-cı il Çin istehsalı, xüsusi sifarişlə gətirilmiş Isuzu QL1080BUFACY modelidir. Maşın şəhər daxilində ağır yük daşınması üçün xüsusi olaraq daha kompakt və praktik konfiqurasiyada seçilib.
ƏSAS TEXNİKİ GÖSTƏRİCİLƏR:
• Mühərrik: Isuzu 4KH1CN6LB
• Mühərrik həcmi: 3.0 L dizel
• Güc: təxminən 120 HP
• Ötürücü: 4x2, arxa ötürücü
• GVW: 8.280 kq
• Boş çəki: 2.530 kq
• Yük götürmə: 5 ton
• Kuzov: hidravlik özüboşaldan (samosval)
• İstehsal tarixi: 2026-01
• Uzunluq: 5metr
• En: 2 metr
• Hündürlük: 2.35 metr
BU MAŞINI FƏRQLƏNDİRƏN ƏSAS MƏSƏLƏ:
Bu avtomobil standart böyük ölçülü yük maşınlarının girə bilmədiyi yerlərdə işləmək üçün üstünlüklərə malikdir.
Daha qısa + daha alçaq + kompakt kuzov + 5 tonluq yük sinfi + özüboşaltma sistemi.
Dar küçələrə, həyətlərə, tikinti sahələrinə və giriş imkanları məhdud olan ərazilərə daha rahat daxil olur. Üstəlik, yükü boşaltmaq üçün əlavə texnikaya ehtiyac yaratmadan hidravlik sistem vasitəsilə özüboşaldır.
Xüsusilə:
• Tikinti şirkətləri
• Qum-çınqıl və daş firmaları
• Karxanalar
• Yol tikintisi
• Abadlıq və landşaft işləri
• Kommunal xidmətlər
• Torpaq, qum və tikinti materiallarının daşınması
üçün nəzərdə tutulmuş çox praktik iş maşınıdır.
Bu maşının qiyməti sadəcə "Isuzu ELF" adına görə müəyyən edilməyib. 2026-cı il istehsalı, 3.0 dizel mühərriki, 120 HP gücü, güclü 8.280 kq GVW şassisi, özüboşaldan kuzovu və xüsusi kompakt ölçüləri nəzərə alınaraq müəyyən edilib.
Maşın alver üçün yox, birbaşa iş görmək üçün gətirilib.
Ciddi alıcıya maşın yerində göstərilir və bütün texniki məlumatlar ətraflı təqdim olunur.