"Synergy Partnership" Jurnalistika və PR üzrə Təcrübəçi axtarır.
Əsas vəzifə öhdəlikləri:
PR mətnlərinin (mətbuat relizləri, məqalələr) hazırlanması və redaktəsi;
PR sorğularının keçirilməsi, sorğu nəticələrinin təhlili və hesabatlaşdırılması;
Media monitorinqinin aparılması və hesabatların hazırlanması;
Namizədə tələblər:
PR, Jurnalistika, Kommunikasiya və ya əlaqəli sahələr üzrə ali təhsil (sonuncu kurs tələbələri və ya yeni məzunlar);
Azərbaycan dilində səlis yazı və nitq qabiliyyəti;
Operativ, məsuliyyətli və komandada işləmək bacarığı;
İş şəraiti:
Təcrübə müddəti: 3 ay (Ödənişlidir);
Bazar ertəsi – Cümə: 09:00–18:00;
Ayda 1 dəfə şənbə günü: 10:00–14:00.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 15.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/synergy-partnership-jurnalistika-ve-pr-uzre-tecrubeci-151231