Avtomobilin Azərbaycanda ilk sahibiyəm. Özüm avtomobil ustası olduğum üçün maşına hər zaman xüsusi diqqət göstərmişəm və texniki vəziyyətini daim nəzarətdə saxlamışam.İlk gündən , hansı işlər görülübsə kitabçasına qeyd etmişəm,alan adama göstərəcəm.
Avtomobil qəzasız və problemsizdir, hazırda əlavə xərc tələb etmir — “al, otur, sür” vəziyyətindədir. 2.0 sadə DOHC mühərrikdir, həm etibarlı, həm də qənaətcil avtomobildir.
Bütün rasxodnikləri vaxtında qarşılanıb. Ambians işıqlar ,Android manitor ,Fioletvi Patpres (sertifikatlı) quraşdırılıb. Maşını istədiyiniz ustada və ya servisdə yoxlatdıra bilərsiniz. Avtomobilin problemsiz vəziyyətdə olması ilə bağlı məsuliyyəti şəxsən öz üzərimə götürürəm.
Maşını alan şəxs əlavə xərc çəkmədən rahatlıqla istifadə edə bilər.