Kia Sorento 4x4 AWD
Avtomobil 2012-ci ildə rəsmi Kia servisindən alınıb və həmin vaxtdan bu günə qədər rəsmi Kia servisində qeydiyyatda olub və servis xidmətlərindən istifadə olunub. Avtomobilin ilk sahibiyəm.
Avtomobil tam qəzasızdır, vuruğu və udarı yoxdur. Buferlər xaric tamamilə bezkraskadır – rənglənən və ya dəyişdirilən detalı yoxdur. Alan şəxs avtomobili istədiyi yerdə yoxlatdıra bilər.
Mühərrik, sürətlər qutusu və xadavoy əla vəziyyətdədir. Bütün texniki qulluqlar vaxtında həyata keçirilib və servis kitabçasında qeyd olunub. Avtomobil gündəlik istifadə olunur, səliqəli sürülüb. 4 çəkən sistemi tam işləkdir.
Xüsusiyyətləri:
4x4 / AWD
Start/Stop düyməsi
Dəri salon
Panorama lyuk
Multi sükan
Qatlanan arxa oturacaqlar
Sürücü oturacağının elektrik tənzimlənməsi
Avtomobilin texniki vəziyyəti yaxşıdır. Yaşına uyğun olaraq bəzi xırda kosmetik işlərə ehtiyacı var. Yeni avtomobil aldığım üçün satıram.
Avtomobilə vaxtında və düzgün qulluq olunub. Alıcı avtomobili istədiyi servisdə və ya ustada yoxlada bilər.
Telefonda qiymət danışılmır. Qiymət avtomobilə baxış zamanı, real alıcı ilə avtomobilin yanında danışılacaq və razılaşma əsasında endirim olunacaq.