Evdə lazımi bütün əşyalar var, yalnız TV yoxdur. Böyük soyuducu, paltaryuyan, Ariston, su çəni, kondisioner, duş kabin və digər zəruri əşyalar mövcuddur. Yataq mebeli keyfiyyətlidir, uşaq çarpayısı və altında uşaq üçün böyük dolab var. Mətbəxdə müəyyən qədər qab-qacaq da var.
İsitmə həm mərkəzi sistemlə, həm də kombi ilə təmin olunur. Qışda soyuq problemi olmur. Ayrı ayaqyolu mövcuddur.
Evdə aktiv internet və TV xidməti var. İstəyən saxlatdıra bilər (Aztelekom, TV daxil olmaqla aylıq 31 AZN).
Binanın üzbəüzündə böyük supermarket, blokun yanında isə filtr su satılan aparat yerləşir. Parking üçün geniş ərazi var.
66 nömrəli avtobus blokun qarşısından keçir və Neftçilər metrosuna 8–10 dəqiqəyə çatır. 81, 24, 55 və 203 nömrəli avtobuslar 5 dəqiqəlik piyada məsafədən keçir. Qaraçuxur məscidi 4 dəqiqə, Neftçilər parkı isə 6 dəqiqəlik piyada məsafədə yerləşir.
Ailələrə, yetkin insanlara və tələbə xanımlara üstünlük verilir. Qiymət sondur.
Əlavə sualı olanlar WhatsApp vasitəsilə yaza bilərlər.
Elan növü: Aylıq kirayə
Əmlak növü: Köhnə tikili
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Suraxanı ray., Qaraçuxur qəs.