Bağ evi kirayə verilir.
Buzovna–Maştağa yolunda, Albalılıq (Vişnovka) ərazisində, Topqapı Restoranı ilə üzbəüz məhəllədə, əsas yoldan 150 m aralıda yerləşir. Albalı Marketə çatmamış.
2 mərtəbəli bağ evinin girişləri ayrıdır. 1-ci mərtəbədə qaraj və sanuzel, 2-ci mərtəbədə hall, qonaq otağı, yataq otağı, uşaq otağı, mətbəx və sanuzel yerləşir. Qonaq otağında qaz və odunla işləyən kamin var.
Həyətdə meyvə və dekorativ ağaclar, uşaqlar üçün şişmə su attraksionu və batut quraşdırılıb. Besedkada mətbəx və yumşaq mebellər, həyətdə manqal, şiş, setka, sac və samovar mövcuddur.
Ev yaşayış üçün bütün zəruri əşyalarla təmin olunub. Fiber-optik internet var. Dənizə maşınla 6-7 dəqiqəyə çatmaq mümkündür. Yaxınlıqda market, restoran və Aida Park yerləşir.
Qeyd: Evdə daim yaşayış olub və ilk dəfədir kirayə verilir.
Elan növü: Aylıq kirayə
Əmlak növü: Bağ evi
Xüsusiyyətlər: Əla təmirli
Yerləşmə: Xəzər ray., Buzovna qəs.