Kirayə – Yeni Suraxanı
Yeni Suraxanı qəsəbəsində həyət evi uzunmüddətli kirayə. Evin planı rahatdır: iki ayrı otaq aralıq tağlı keçidlə birləşir. Döşəmə taxta, otaqlarda xalçalar. Mətbəx/otaq hissəsində iki qapılı soyuducu var. Yataq otağında iri iki nəfərlik çarpayı və şkaf-komod. Qonaq otağında divan və əlavə çarpayı yerləşdirilib. Pəncərələr işıqlıdır, pərdələr asılıb. Ev mərkəzi radiatorlu istilik sistemi ilə təchiz olunub. Girişdə dəmir qapı. Rahat yerləşim və sakit məhəllə.