Euro Steel olaraq, müasir mühəndislik standartlarına uyğun yüksək keyfiyyətli modul binaların və konteynir strukturlarının proyektləndirilməsini, istehsalını və quraşdırılmasını həyata keçiririk. Təqdim etdiyimiz məhsullar həm müvəqqəti, həm də daimi istifadə üçün yüksək dözümlülük və estetik görünüş təmin edir.
Davamlı Polad Karkas Konstruksiyası: Yüksək möhkəmliyə malik polad profillərdən yığılmış karkas korroziyaya, paslanmaya və ağır hava şəraitinə qarşı xüsusi qoruyucu astar və boya ilə örtülür.
Yüksək Termo və Səs İzolyasiyası: Divar və tavan panellərində istifadə olunan yüksək sıxlıqlı Sendviç panel texnologiyası yayda sərin, qışda isə isti mühit saxlayaraq enerji sərfiyyatını minimuma endirir.
Müasir Vitraj Fasad və İşıqlandırma: İşıq keçiriciliyi yüksək olan geniş vitraj şüşə sistemləri və keyfiyyətli PVC pəncərələr daxili məkanı təbii işıqla maksimum dərəcədə təmin edir.
Tam Hazır İnfrastruktur və Elektrik Şəbəkəsi: Gizli montaj olunmuş yanğına dözümlü kabel xətləri, LED işıqlandırma sistemləri, avtomatlaşdırılmış paylayıcı şit, rozetkalar və kondisioner xətti tam hazır vəziyyətdə təhvil verilir.
Ekoloji və Dözümlü İç Tərtibat: Rutubətə və yüksək yüklənməyə dözümlü premium laminat döşəmə, rahat təmizlənən divar örtükləri və funksional interyer planlaması.
Mobil Konstruksiya: Tələb olunduğu hallarda başqa əraziyə rahatlıqla daşınma və təkrar quraşdırılma imkanı.
Rəhbərlik və İclas Ofisləri: Tikinti sahaləri, sənaye zonaları və müəssisələr üçün VIP konfrans və iş otaqları.
Satış Mərkəzləri və Showroom-lar: Müasir vitrajlı xarici görünüşü ilə diqqət çəkən kommersiya obyektləri.
Kottec və Bağ Evləri: Taxta teksturalı, minimalist və müasir dizaynlı yaşayış strukturları.
Sanitar Qovşaq və Xidməti Sahələr: İstəyə uyğun olaraq daxilində tualet, duş və mətbəx guşəsi daxil edilmiş inteqrasiyalı modellər.
Fərdi 3D Proyektləndirmə: Şəxsi ölçü və tələblərinizə uyğun olaraq AutoCAD və SketchUp proqramlarında dəqiq planlaşdırma təşkil olunur.
Rəsmi İstehsalat Zəmanəti: Tərəfimizdən istehsal olunan hər bir konstruksiyaya rəsmi dözümlülük və keyfiyyət zəmanəti verilir.
Çatdırılma və Quraşdırma: Azərbaycanın bütün bölgələrinə təhlükəsiz transportasiya və krancılarla yerində quraşdırılma xidməti göstərilir.