Lenovo IdeaPad 1 15ALC7
Noutbuk tam işlək vəziyyətdədir. Şəxsi istifadəmdə olub, çox təmiz və səliqəli işlədilib. Heç vaxt ustada olmayıb, təmir edilməyib və heç bir texniki problemi yoxdur. Orijinal adapteri üstündə verilir.
Təcili pula ehtiyacım olduğu üçün satıram. Real alıcılar əlaqə saxlaya bilər. Qiymətdə razılaşmaq olar.
Texniki Xüsusiyyətləri:
• Model: Lenovo IdeaPad 1 15ALC7 (Model kodu: 82R400BLTX)
• Prosessor: AMD Ryzen 5 5500U (Radeon Graphics ilə)
• Operativ Yaddaş (RAM): 8 GB
• Daxili Yaddaş (SSD): 512 GB SSD
• BIOS Versiyası: JTCN60WW (Yenilənmiş versiya)
Üstündə Hədiyyə Verilən Aksesuarlar:
• Orijinal Adapter
• Noutbuk çantası
• Noutbuk stendi (Yüksəldici altlıq)
• Klaviatura
• Maus və Mauspad
• USB çoxaldıcı (Hub)
• USB LED işıq