Satış səbəbim: Pul ehtiyacından dolayı satıram.
Orijinal F SPORT, full komplektasiyadır. Zavod istehsalı Hi-Fi audio sistemi, 9 kalonka və 1 subvufer var. Bütün daxili hissələri — mühərrik (mator), sürətlər qutusu (karopka) və asqı sistemi 30 kuza Prius ilə eynidir.
Təkərlər yenidir.
Sürətlər qutusunun yağı yeni dəyişdirilib.
Əyləc mayesi yenidir.
Sığorta yeni olunub.
Avtomobilin heç bir texniki problemi yoxdur. Sadəcə kosmetik işləri var, onu da qiymətdə nəzərə alacağam.