Şirkətimizə Medical Advisor (Tibbi Məsləhətçi) vakansiyası aktivdir.
Tələblər:
Ali tibbi və ya əczaçılıq təhsili (həkim, əczaçı)
Tibbi və ya farmasevtika sahəsində minimum 3-5 il iş təcrübəsi
Klinik məlumatları analiz etmək və təqdim etmək bacarığı
Azərbaycan dili – səlis, İngilis dili – yaxşı səviyyədə (rus dili üstünlükdür)
Güclü ünsiyyət və təqdimat bacarıqları
MS Office proqramlarında işləmək bacarığı
Komanda ilə işləmə və müstəqil qərarvermə qabiliyyəti
Ezamiyyətlərdə iştirak etməyə hazırlıq.
Vəzifə öhdəlikləri:
Şirkətin məhsulları ilə bağlı həkimlərə və daxili komandaya elmi-tibbi məsləhətlərin verilməsi
Tibbi və klinik məlumatların təhlili, yenilənməsi və düzgün ötürülməsi
Satış və marketinq komandası üçün tibbi təlimlərin və təqdimatların keçirilməsi
Məhsullar üzrə elmi materialların hazırlanması və yoxlanılması
Klinik tədqiqatlar, elmi məqalələr və beynəlxalq təlimatların izlənməsi
Konfrans, seminar və tibbi tədbirlərdə şirkəti təmsil etmək
Tibbi məlumatların etik və qanunvericilik tələblərinə uyğunluğunu təmin etmək
Daxili və xarici sorğulara elmi əsaslı cavabların verilməsi.
İş şəraiti
İş yeri: Time Biznes Mərkəzi
İş qrafiki: 5 gün - 09:00-18:00
Rəqabətli əmək haqqı
Könüllü Tibbi Sığorta və Yaşam sığortası
Danışıq kartı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 08.10.2026