Maşın qəzada olmayıb, istənilən yerdə yoxlatdıra bilərsiniz. Kuzovla bağlı yalnız sol ön qanad dəyişdirilib.
Maşın zbor rənglənib. Sol ön qapının yenidən rənglənməsi məsləhətdir, çünki üzərindəki boya bəzi yerlərdə atmag istiyir. İstəyə görə bunu etmək olar, amma mena gera məcburi deyil. Texniki baxış (TO) yeni edilib. Yağ, bütün filtrlər, şamlar, şamların naqilləri, həmçinin yanacaq xəttinin yuxarı və aşağı şlanqları dəyişdirilib.
Yeni maqnitola quraşdırılıb — 150 AZN.
Ön Sony kalonkalar — cütü 50 AZN.
Arxa Pioneer kalonkalar — cütü 100 AZN.
Bütün işıqlar LED-lə dəyişdirilib.
Maşın pultla açılıb-bağlanır, siqnalizasiya sistemi var. Həmçinin maşında lyuk var.
Xodovoyda yalnız ön amortizatorlar dəyişdirilib. Qalan hissələr normal vəziyyətdədir. İstəsəniz, öz ustanızda tam yoxlatdıra bilərsiniz.
Əgər ustanız yoxlama zamanı hər hansı problem aşkar etsə, ya həmin problemi özüm aradan qaldıracağam, ya da həmin xərc məbləğini maşının qiymətindən çıxacağam. Heç bir problemi gizlətmirəm, maşını rahat şəkildə öz ustanızda yoxlada bilərsiniz.
Qalan görüləsi işlər:
• Yarım-injektor karbüratorunun yuyulması;
• 4 ədəd yeni təkər alınması.
Başqa avtomobillə barter də mümkündür.
Maşına vaxtında qulluq olunub, ciddi xərc tələb etmir.