Mitsubishi mərkəzindən alınıb. 100% orijinal yürüş, 100% rəngsiz və vuruqsuz avtomobildir.
Maşın ailə avtomobili kimi istifadə olunub, ikinci avtomobildir. Zəmanət müddətində rəsmi Mitsubishi servisində, sonradan isə ixtisaslaşmış Mitsubishi servisində vaxtında qulluq olunub. Texniki cəhətdən heç bir problemi yoxdur, əlavə xərc tələb etmir.
Komplektasiya:
Dəri salon
Keyless Go (açarsız giriş və start)
Start/Stop sistemi
Elektrik qatlanan yan güzgülər
Elektrik ön oturacaqlar
Arxa görüntü kamerası
Ön və arxa park radarları
Android monitor
Multi sükan
Auto Hold
Elektrik baqaj qapağı
Lyuk
Paddle Shifter
Farayuyan sistemi
Videoregistrator
Oturacaqlarda ilk gündən bahalı üzlüklər istifadə olunub.
Yanacaq sərfiyyatı:
Şəhər: 11–13 l/100 km
Trassa: 8.5–9.5 l/100 km (sürətdən asılı olaraq)
Avtomobilə istənilən servisdə baxış keçirmək mümkündür. Real alıcı ilə qiymətdə razılaşmaq olar.