UPS Construction metal konstruksiya əsaslı konteynerləri lego tipli birləşdirərək prefabrik işçi kampı layihələrinin istehsalını və quraşdırılmasını həyata keçirir.
Bu tip prefabrik kamp sistemləri əsasən tikinti sahələri, sənaye obyektləri, mədən sahələri və iri infrastruktur layihələri üçün nəzərdə tutulur.
Konteynerlər sendviç panellərlə izolyasiya olunur, istilik və səs izolyasiyası yüksək səviyyədə təmin edilir.
Modul sistem sayəsində yaşayış blokları, yeməkxana, sanitar qovşaqlar, ofis və texniki sahələr eyni kompleks daxilində birləşdirilə bilir.
Kamp strukturu layihəyə uyğun genişləndirilə və ya sökülərək başqa əraziyə daşına bilər.
Ölçü, planlama, mərtəbəlilik və daxili komplektasiya sifarişə uyğun hazırlanır.
Üstünlüklər:
Sürətli istehsal və montaj
Uzunömürlü metal konstruksiya
İqlim şəraitinə və intensiv istifadəyə davamlılıq
Enerji səmərəli izolyasiya sistemi
Müvəqqəti və uzunmüddətli işçi yerləşimi üçün uyğundur
Qiymət və texniki layihələndirmə üçün bizimlə əlaqə saxlayın.
İri həcmli işçi kampı layihələriniz üçün etibarlı prefabrik həllər təqdim edirik.