İşin təsviri
Avadanlıqlarda baş verən nasazlıqların və təmir proseslərinin analizini aparmaq, həll yollarını müəyyənləşdirmək;
Avadanlıqların təmir proseslərini ERP sistemi üzərindən koordinasiya etmək;
İstehsal sahələrinin ehtiyat hissələri anbarı üzrə aylıq planlaşdırmanı həyata keçirmək;
Texniki sənədlər, eskizlər və çertyojlarla işləmək, zəruri texniki sənədləri hazırlamaq;
Avadanlıqlar və istehsal xətlərində diaqnostika alətləri ilə işləmək;
Təmir fəaliyyətləri üzrə Root Cause Analysis, MTBF, MTTR, OEE və digər texniki analizləri hazırlamaq;
Müvafiq şöbələrlə koordinasiyalı şəkildə işləyərək təmir proseslərinin fasiləsizliyini təmin etmək.
Tələblər
Ali texniki təhsil;
Müvafiq sahədə 3–5 il iş təcrübəsi;
Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
AutoCAD proqramı ilə işləmək bacarığı;
ERP sistemləri ilə iş təcrübəsi;
Azərbaycan dilini sərbəst, rus və ingilis dillərində texniki sənədlərlə işləmək bacarığı;
Texniki sənədləri oxumaq və hazırlamaq bacarığı.
İş şərtləri
Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
Rəqabətli əmək haqqı və illik bonus;
Əmək haqqı razılıq əsasında təyin olunur;
Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Nahar şirkət tərəfindən verilir;
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını “Mühəndis” məktubun mövzu hissəsində göstərməklə olunur Şəkilli CV- ləri Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 17.10.2026