Obyekt icarəyə verilir, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi
Həzi Aslanov metrosu yaxınlığında, tam təchizatlı hazır Pub-Restoran icarəyə verilir!
Obyekt Xətai rayonu, İlqar Zülfüqarov küçəsində, metrosundan piyada cəmi 4-5 dəqiqəlik məsafədə yerləşir. Sıx yaşayış binalarının əhatəsində, düz yol kənarında və gediş-gəlişin çox aktiv olduğu ərazidədir. Hazırda pub kimi fəaliyyət göstərir və gəlirli biznes qurmaq üçün ideal variantdır.
Əsas Göstəricilər və Planlaşdırma:
• Ümumi sahə: 150 m²
• Zal və kabinetlər: 8 masalıq geniş ümumi zal, 2 kabinet (biri VIP kabinet) və xüsusi dizayn edilmiş bar piştaxtası (barda səs sistemi və içki kranları mövcuddur).
• Mətbəx sahəsi: Müasir tələblərə cavab verən 3 fərqli mətbəx zonası (böyük mətbəx, kiçik mətbəx və tam təchizatlı çay mətbəxi).
• Təmir: Şəkillərdən də göründüyü kimi, pub üslubunda (kərpic dekorlu), taxta mebel və qapı elementləri ilə tam və səliqəli təmirlidir. Giriş pilləkənləri və kabinet hissəsi süni qazonla dizayn edilmişdir.
Üstünlükləri və Avadanlıqlar:
• Tam təchizat: Fəaliyyət üçün lazım olan bütün avadanlıqlar, böyük soyuducular, qab-qacaq dəstləri, qəlyanlar, samovar və mebel dəstləri mövcuddur.
• Manqal və Havalandırma: Böyük və peşəkar havalandırma sistemi ilə təchiz olunmuş geniş manqalı var. Obyektin ümumi zallarında da havalandırma və kondisioner sistemi qurulub.
• Texnoloji infrastruktur: Obyekt tam kamera sistemi ilə təmin olunub, avtomatlaşdırılmış idarəetmə və monitorlar üçün R-Keeper sistemi qurulub.
• Əyləncə: Zalda idman oyunlarının və digər şouların yayımı üçün böyük proyektor ekranı (Epson) və televizorlar quraşdırılıb.
İcarə Şərtləri:
• Obyekt uzunmüddətli icariyyə verilir.
• Təhlükəsizlik məqsədilə 1 aylıq ödəniş depozit olaraq saxlanılacaq.
• Məlumat üçün əlaqə saxlaya bilərsiniz. Göstərilən Xidmət haqqına görə 30% müştəridən alınır