Vəzifə öhdəlikləri
Şirkətə daxil olan telefon zənglərinin, WhatsApp mesajlarının və digər müraciətlərin cavablandırılması;
Müştərilərə şirkətin təmizlik xidmətləri haqqında ilkin məlumatın verilməsi;
Müştəri sifarişlərinin qəbul edilməsi və qeydiyyatının aparılması;
Sifarişlərin tarix və saat üzrə düzgün planlaşdırılması;
Müştəri ilə təmizlik komandası arasında operativ koordinasiyanın təmin edilməsi;
Gün ərzində həyata keçiriləcək sifarişlərin izlənilməsi;
Görülmüş işlər və sifarişlər üzrə gündəlik məlumatların qeydiyyatının aparılması;
Müştərilərdən daxil olan sual, rəy və müraciətlərin operativ şəkildə cavablandırılması və aidiyyəti üzrə yönləndirilməsi;
Müqavilə, təklif, hesab və digər zəruri sənədlərin hazırlanmasına dəstək göstərilməsi;
Şirkətin elektron poçtuna daxil olan məktubların izlənilməsi və cavablandırılması;
Ofis sənədlərinin sistemli şəkildə saxlanılması və arxivləşdirilməsi;
Təmizlik vasitələri və digər zəruri materialların mövcudluğunun izlənilməsi, ehtiyac yarandıqda məlumat verilməsi;
Ofisin gündəlik inzibati işlərinin təşkili;
Rəhbərlik tərəfindən verilən inzibati tapşırıqların vaxtında və dəqiq icra edilməsi.
Namizədə tələblər
Ali və ya orta ixtisas təhsili;
Ofis meneceri, administrator, koordinator və ya müştəri xidmətləri sahəsində iş təcrübəsi üstünlükdür;
Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
MS Office proqramlarında, xüsusilə Word və Excel proqramlarında işləmə bacarığı;
WhatsApp, e-mail və digər kommunikasiya vasitələri ilə sərbəst işləmək bacarığı;
Müştərilərlə nəzakətli və peşəkar ünsiyyət qurmaq bacarığı;
Eyni anda bir neçə sifariş və prosesi idarə edə bilmək;
Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
Operativlik, məsuliyyətlilik və detallara diqqət;
Stressli və intensiv iş şəraitində düzgün prioritetləşdirmə bacarığı;
Komandada işləmək və yaranan problemlərə çevik həll tapmaq bacarığı.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Qanlıgöl ərazisi
İş qrafiki: Həftədə 6 iş günü
İstirahət günü: Həftə içi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 11.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/prime-home-ofis-meneceri-150969