Beaphar "Duo Malt Pasta" ikiqat təsirlə bağırsaqdan tükləri çıxarmaq üçün nəzərdə tutulmuşdur: tük topalarının yaranmasının qarşısını alır və bağırsağın normal fəaliyyətini təmin edir. İki təbəqədən ibarətdir: malt pastası (tünd qəhvəyi) və kondisioner pastası (açıq qəhvəyi). Malt pastası, pişiklərin və pişikciklərin həzm traktını udulmuş tüklərdən təbii şəkildə təmizləməyə kömək edir, heyvanın mədəsində tük topalarının yaranmasının qarşısını alır. Pişikləri qusmadan, iştahın itirilməsindən, bağırsağın tıxanmasından, qəbizliyə səbəb olan problemlərdən azad edir. Tərkibində olan karamel, pastanın təsirini gücləndirir və onu daha dadlı edir. Kondisioner pastası, toksik maddələri orqanizmdən absorbe edən və sağlam bağırsaq florasını formalaşdıran BIO-MOS (mannan oligosaxaridlər) ehtiva edir. Pastanın tərkib hissələri yalnız həzm traktını təmizləməklə kifayətlənməyib, həm də tük örtüyünü möhkəmləndirir və tükləri gözəl və sağlam edir. Pastanın müntəzəm istifadəsi, pişiyinizin sağlamlığı ilə bağlı ciddi problemlərin qarşısını almağa kömək edəcək.