Bu oyun kompüteri gücünü Intel Core i5-12400F prosessorundan alır. 6 nüvə və 12 axınlı bu CPU oyunlarda yüksək FPS və gündəlik istifadədə sabit performans təmin edir. Ana kart kimi H610 DDR5 seçilib – yeni nəsil DDR5 yaddaş dəstəyi ilə sistemin gələcək üçün hazır olmasını təmin edir. 16GB Crucial DDR5 RAM multitasking və oyunlarda sürətli işləmə qabiliyyəti verir. Yaddaş hissəsində 1TB NVMe SSD quraşdırılıb ki, bu da əməliyyat sisteminin, proqramların və oyunların ani yüklənməsinə imkan yaradır. Qrafika hissəsində RTX 5060Ti 8GB yerləşdirilib. Ray Tracing və DLSS dəstəyi ilə bu qrafik kart müasir oyunlarda yüksək FPS və real görüntü təqdim edir. RTX 5060Ti həm oyunçular, həm də qrafik dizayn və video montajla məşğul olanlar üçün balanslı seçimdir. Soyutma üçün Havit F2003 fan sistemi, enerji sabitliyi üçün isə Deepcool DN 650W PSU istifadə olunub. Bütün bu komponentlər modern və şık dizayna malik Xigmatek Quantum Gaming Case daxilində yerləşdirilib. Komplektdə həmçinin Dell 24Monitor (24″ IPS panel, 200Hz yeniləmə sürəti) və Havit dəsti mövcuddur.