ASUS ProArt PA279CRV peşəkar 27 düym 4K IPS monitor.
Monitor rəsmi mağazadan alınıb, çox səliqəli və az istifadə olunub. Heç bir texniki və ya kosmetik problemi yoxdur. Üzərində cızıq, ölü piksel və ya hər hansı qüsur yoxdur. Təxminən 5 ay rəsmi zəmanəti qalıb.
Peşəkar işlər üçün ideal modeldir:
27" 4K UHD (3840×2160) IPS ekran
Fabrik kalibrasiyalı yüksək rəng dəqiqliyi (ΔE<2)
99% DCI-P3, 99% Adobe RGB, 100% sRGB rəng əhatəsi
HDR10 dəstəyi
USB-C (96W Power Delivery), DisplayPort, HDMI
Hündürlük, fırlanma və pivot tənzimlənən erqonomik stend və s.
(Əlavə məlumat istəyənlər webdə model adını yazaraq araşdırma edə bilər)
Monitor tam komplekt verilir (qutu və aksesuarları ilə, Qutusunda orjinal Display port, Usb Type -C və Hdmi kabelləri var).
Monitorla görəcəyimi nəzərdə tutduğum işlər alınmadı deyə istifadəsiz qalıb. Ona görə satıram.