İşin təsviri:
Proqram Məsləhətçisi olaraq siz, Code Academy-də təhsil almaq istəyən namizədlərin qəbulu və qeydiyyatı kimi vacib proseslərdən cavabdeh olacaqsınız. Komandamızın ayrılmaz bir üzvü kimi akademiyamıza müraciət edən namizədlərlə ilk əlaqədar şəxs olacaq, tədris ehtiyaclarını başa düşmək və düzgün tədris proqramını seçmək üçün onlara istiqamət verəcəksiniz.
Təhsil almaq istəyən namizədlərin gələcək hədəflərinə çatmasına dəstək olmaq, həmçinin İT və təhsil sahəsində peşəkar inkişaf etməyi hədəfləyirsinizsə, bu vakansiyaya müraciət edə bilərsiniz.
Əsas vəzifə öhdəlikləri:Code Academy-də tədrislə maraqlanan və tələbə olmaq istəyən namizədlərlə və ya onların valideynləri ilə görüşlər keçirmək;Namizədlərin təhsil ehtiyaclarını düzgün analiz edərək onları uyğun tədris proqramlarına cəlb etmək;Namizədləri Akademiyada tədris şərtləri ilə tanış etmək və şərtlərlə bağlı dəyişiklik zamanı onlara məlumat vermək;Namizədin tədrisə qeydiyyat prosesini icra etmək;Namizədlərin xitam proseslərini icra etmək;Müqavilələr və xitamlar barədə gündəlik və aylıq hesabatlar hazırlayıb təqdim etmək.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Code Academy
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/code/code-proqram-meslehetcisi-satis-departamenti-4734880/apply