Salam. Çoxfunksiyalı, peşəkar Solaris MULTIMIG-228 invertor qaynaq aparatı satılır. Çox az istifadə olunub, tam işlək və saz vəziyyətdədir. Şəkillərdən də göründüyü kimi bütün funksiyaları aktivdir və aksesuarları üstündə verilir.
Əsas üstünlükləri və funksiyaları:
3 rejimdə işləmə: MIG/MAG (Məftillə/Yarımavtomat), MMA (Elektrodla) və LIFT TIG (Arqon).
Güc: Maksimum 200 Amper cərəyan gücü (rəqəmsal displeylə dəqiq tənzimləmə).
Tənzimləmələr: Qaynaq gərginliyi, cərəyan gücü, Arc Force (qövsün gücü) və Arc Control (sərtlik) tənzimləmə düymələri var.
Tel mexanizmi: Daxili tel çarxı mexanizmi saz vəziyyətdədir.
Komplektə daxildir: MIG tapançası (şlanqı ilə), elektrod tutacağı və kütlə (масса) kabeli.
Həm sexlər, həm də ev-bağ işləri üçün ideal aparatdır. Maraqlananlar zəng edə və ya vatsapa yaza bilərlər.