İtalyan şirkəti Kleral System tərəfindən istehsal olunan Magicolor saç krem-boyası saçlarınıza zəngin və davamlı rəng təmin edəcək. Məhsul saçlarda ultrabənövşəyi şüaların zərərli təsirinin qarşısını alan qoruyucu təbəqə yaradır. Əlavə olaraq məhsul A, B3 və C vitaminləri ilə zənginləşdirilib. Boyanın tərkibində ammiak yoxdur. Vasitə ağarmış saçları boyamaq üçün istifadə oluna bilər. Boya saç telinin quruluşuna və dəri örtüyünə demək olar ki, mənfi təsir göstərmir. Məhsul saç tellərinə kondisioner kimi təsir edir, boyama prosedurundan dərhal sonra yumşaq, hamar və parlaq tellərdən həzz almağa imkan verir. Bu məhsulu istifadə edərək saçları maksimum 4 ton açmaq mümkündür.