Təmiz, səliqəli və yaşayış üçün tam hazır olan qanuni 2 otaqlı mənzil satılır.
Mənzil 9 mərtəbəli Leninqrad layihəli binanın 5-ci mərtəbəsində yerləşir. Mənzildə rahat yaşayış üçün bütün şərait mövcuddur. İstilik və isti su sistemi kombidir, su 24 saat fasiləsiz verilir, həmçinin kondisioner quraşdırılıb.
Mənzil ASAN Xidmət №4-ün yanında yerləşir. Ətrafda məktəb, uşaq bağçası, marketlər, apteklər, ictimai nəqliyyat dayanacaqları və digər zəruri infrastruktur mövcuddur.
Binanın həyəti geniş, sakit, təmiz və abadlaşdırılmışdır. Ailəvi yaşayış üçün əlverişli mühitə malikdir.
Mənzil baxımlı vəziyyətdədir, əlavə xərc tələb etmir. Real alıcılar üçün əlavə məlumat və mənzilə baxış mümkündür.
Ofis haqqı 1% təşkil edir.