📍 Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində, Travmatologiya Mərkəzi, keçmiş Nəsimi Bazarı və Tibb Universitetinin yaxınlığında yerləşən yeni tikili binada 2 otaqlı mənzil satışa çıxarılıb.
Ümumi sahəsi 68 kv.m olan mənzil 12 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. Mənzil keyfiyyətli təmir olunub və bütün əşyaları ilə birlikdə satılır. Əlavə xərc çəkmədən dərhal yaşayış üçün tam hazır vəziyyətdədir.
Sənədi çıxarışdır (kupça) və alqı-satqıya tam hazırdır. Rahat layihəsi, işıqlı otaqları və əlverişli mərtəbəsi ilə həm yaşayış, həm də investisiya məqsədi üçün uğurlu seçimdir.
Ərazi geniş infrastruktura malikdir. Tibb Universiteti, Travmatologiya Mərkəzi, yeni salınmış park, marketlər, məktəblər və digər vacib obyektlər qısa məsafədə yerləşir. Şəhərin mərkəzi hissəsinə rahat çıxışı olan bu mənzil gündəlik yaşayış üçün bütün üstünlükləri təqdim edir.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis xidməti haqqı alıcı tərəfindən 1% təşkil edir.