Həzi Aslanov metrosunun çıxışına yaxın, elit yaşayış kompleksində premium səviyyəli dupleks mənzil satılır. Mənzil 17 mərtəbəli yeni tikili binanın 17-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 130 kv.m-dir. 3 otaqlı mənzil tam təmirli və yüksək zövqlə dizayn olunub. Təmir zamanı yalnız yüksək keyfiyyətli və bahalı materiallardan istifadə edilib. Mənzilin interyerində seçilən materiallar: Mətbəx mebeli Türkiyədən xüsusi sifarişlə gətirilib. Otaq qapıları Avropa istehsalıdır. Döşəmədə yüksək keyfiyyətli fıstıq ağacından parket istifadə olunub. Hamam otaqlarında İspaniya istehsalı kafellərdən istifadə edilib. Divar kağızları İtaliya istehsalı Zambaiti Parati brendindəndir. Təmir zamanı digər material və avadanlıqlar da yüksək səviyyədə seçilib. Mənzil həm yerləşmə, həm mərtəbə, həm də təmir keyfiyyəti baxımından fərqlənir. Həzi Aslanov metrosuna yaxın premium kompleksdə geniş və tam təmirli mənzil axtaranlar üçün ideal variantdır.
Təmirli