17 mərtəbəli yeni tikili binanın 16-cı mərtəbəsində yerləşən 135 m2 sahəsi olan 3 otaqlı təmirli mənzilimi satıram.
Təmirində keyfiyyətli materiallardan istifadə etmişəm və keyfiyyətli əşyalarla təchiz etmişəm. Genişlik və rahatlıq baxımından hər kəsə uyğundur. Sanuzeli ayrı-ayrıdır.
1 saylı Asan Xidmət və 1 saylı Asan Kommunal mərkəzləri, Ege Hospital, New Med Klinikası binanın bir neçə addımlığındadır. Bina 35, 47 və 258 nömrəli məktəblərin, Tibb Universiteti, Bakı Sağlamlıq Mərkəzi, Olimpik Star əyləncə mərkəzinin yaxınlığında yerləşir.
Blokda 2 lift var. Binanın altında sakinlər üçün 1 mərtəbəli avtodayanacaq mövcuddur.
Qonaq otağından başqa mənzildə bütün əşyalar və məişət texnikaları qalacaq.
Kupça yoxdur, sənədi müqavilədir.
Qiymət 340 000 AZN.
Real alıcıya endirim olacaq.
Mənzil özümə aiddir.
Xahiş edirəm, vasitəçilər (maklerlər) müraciət etməsin.