VOYA Study xaricdə təhsil şirkəti, Almaniyada işə qəbul və Ausbildung üzrə Sənədləşmə Mütəxəssisi axtarır.
Əsas vəzifələr:
Almaniyada Ausbildung və İş proqramları üzrə müraciət prosesinin idarə olunması;
Namizədlərin sənədlərinin hazırlanması və yoxlanılması;
İşə qəbul və qeydiyyat prosedurlarının koordinasiyası;
Almaniyadakı tərəfdaşlarla yazılı və şifahi ünsiyyətin aparılması;
Namizədlərə müraciət prosesinin mərhələləri barədə məlumat verilməsi;
Viza və digər tələb olunan sənədlərlə bağlı ilkin istiqamətləndirmənin təmin edilməsi.
Namizədə tələblər:
Alman dili biliyi: A2–B2 səviyyəsində;
Almaniyada işə qəbul və ya Ausbildung proqramları üzrə sənədləşmə proseslərində iş təcrübəsi;
Məsuliyyətli, diqqətli və təşkilatçılıq bacarıqlarına malik olmaq;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
MS Office proqramlarında işləmək bacarığı üstünlük hesab olunur.
Təklif edirik:
Stabil iş mühiti və peşəkar inkişaf imkanı
Rəqabətədavamlı əməkhaqqı (müsahibə əsasında müəyyən ediləcək)
Karyera yüksəlişi perspektivi
Dəstəkçi və peşəkar komandada çalışma imkanı
Maraqlanan namizədlərdən CV-lərini 055-766-67-93 nömrəsinə göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 08.10.2026