Vəzifə və öhdəliklər: - İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyə nəzarət etmək və yoxlamalar aparmaq; - İş zamanı zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsinə nəzarət etmək; - İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək; - İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştirak etmək; - Bina, qurğu və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək; - Şirkətin struktur bölmələrində və logistika əməliyyatlarının həyata keçirilməsində ətraf mühitin çirkləndirilməsinin minimuma endirilməsi ilə bağlı tədbirlər görülməsində iştirak etmək; - Strateji və illik planların hazırlanmasında və həyata keçirilməsində direktora dəstək olmaq və onların müntəzəm olaraq rəsmi şəkildə yenilənməsini təmin etmək; - Ziyarətçilər və qonaqlar üçün nəzərdə tutulmuş giriş təlimatı, işə götürülənlərlə isə ümumi təlimatları aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında köməklik etmək; - Xadimə, fəhlə, mühəndis, sürücü və digər texniki personalın əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılması və attestasiya komissiyasının işində iştirak etmək; - Xidmətlərə təhlükəsizlik texnikası üzrə təlimatların işlənib hazırlanmasında metodiki köməklik etmək; - İş zamanı baş vermiş qəza və bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək; - İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub, təklif və şikayətlərinə baxmaq və səlahiyyətləri daxilində lazımi ölçülər götürmək; - Fəaliyyəti ilə əlaqədar mövcud forma və qaydalara uyğun olaraq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
Tələblər:
Vakansiya üzrə tələblər
Ali təhsil (Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsi üzrə təhsil üstünlükdür);SƏTƏM sahəsində minimum 3 il iş təcrübəsi;SƏTƏM hesabatlarının hazırlanması və sənədləşdirmə üzrə bilik və bacarıqlar;Azərbaycan Respublikasının əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;IOSH, NEBOSH və digər beynəlxalq SƏTƏM sertifikatlarının olması üstünlük hesab olunur;MS Office proqramlarında, xüsusilə Excel üzrə işləmək bacarığı;Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Grand Logistics Center
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/grandlogistics/grandlogistics-setem-uzre-mutexessis-35056401/apply