TP40CP dizel su pompası, yüksək məhsuldarlıq tələb edən kənd təsərrüfatı, tikinti və drenaj işləri üçün nəzərdə tutulmuş peşəkar texnikadır. Bu model xüsusilə elektrik energisinin olmadığı ərazilərdə böyük həcmli suların ötürülməsi üçün effektiv həlldir. Cihaz güclü, hava soyutmalı dizel mühərriki ilə təchiz olunub. Benzinli modellərlə müqayisədə dizel mühərriki daha yüksək fırlanma anı təmin edir ki, bu da nasosun ağır iş yükü altında daha sabit çalışmasına imkan verir. Yanacaq səmərəliliyi sayəsində uzunmüddətli istifadədə daha qənaetcildir.Giriş və çıxış ölçülərinin 100 mm olması cihazın su keçirmə qabiliyyətini maksimuma çatdırır. Bu ölçü sayəsində nasos saatda təxminən 90-100 ton su vura bilir. Daxili pərlər aşınmaya davamlı çüqüun materialdan hazırlandığı üçün suyun tərkibindəki qum və kiçik çöküntülərə qarşı dözümlüdür.