Vəzifə təlimatı
Xarici istehsalçı və təchizatçıların araşdırılması və qiymətləndirilməsi;
Təchizat əməliyyatlarının təşkili və sifarişlərin icra prosesinin izlənilməsi;
Rəhbərlik tərəfindən təsdiq edilmiş sifarişlərin tədarükçülərlə razılaşdırılması və sifariş sənədlərinin 1C proqramında tərtib edilməsi;
Alış sifarişlərinin, müqavilələrin, daxilolma sənədlərinin və ödəniş sənədlərinin 1C proqramında işlənilməsi;
Göndəriş və çatdırılma sənədlərinin sistemə daxil edilməsi və nəzarət;
Daşıyıcı şirkətlərin araşdırılması, qiymət təkliflərinin alınması və uyğun şərtlərin müəyyənləşdirilməsi;
Daşıma sənədlərinin hazırlanması, nəqliyyat qrafiklərinin izlənilməsi və müvafiq bölmələrlə koordinasiyanın aparılması;
Gömrük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin hazırlanmasında iştirak;
Təchizat və logistika sənədlərinin düzgün arxivləşdirilməsi;
Müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər
Ali təhsil
Dil biliyi: Azərbaycan, Rus və İngilis dillərini bilməli
Çin bazarı ilə iş təcrübəsi üstünlükdür
MS Excel və ERP proqramlarında işləmək bacarığı;
Danışıqlar aparmaq və operativ ünsiyyət qurmaq bacarığı
Yüksək məsuliyyət, dürüstlük və öyrənməyə həvəs
Komanda ilə işləmə bacarığı
İş şəraiti:
Həftə içi 5 gün, saat: 09:00dan - 18:00dək
Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı: 800 Azn
Ünvan: Ağ şəhər, 3-cü şərq küçəsi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 800 AZN
Son müraciət tarixi: 17.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/unimetal-techizat-isleri-uzre-mutexessis-151421