
Təchizat üzrə köməkçi

750 ₼
Təchizat üzrə köməkçi
For saleUsed2 days ago
Date
Number№1606676
Description
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu.
İş rejimi:
I–V günlər: Tam iş günü (08:30-dan 17:30-dək)
Şənbə: Natamam iş günü (saat 08:30-dan 13:30-dək)
Bazar: İstirahət günü
Climaservice Baku MMC — iqlimləndirmə və havalandırma sistemlərinin satışı, quraşdırılması və servis xidməti üzrə ixtisaslaşmış etibarlı mühəndislik şirkətidir.
Tələblər:
Yalnız xanım namizədlər
Ən azı 1 il təchizat işləri üzrə təcrübə
ERP proqramı üzərindən təchizat proseslərinin izlənilməsi və idarə olunması (proqram öyrədilir)
MS Office proqramlarında sərbəst işləmək
Analitik düşünmə və güclü ünsiyyət bacarıqları
Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi arzuolunandır
Məsuliyyətli və operativ olmaq
Vəzifə öhdəlikləri:
Texniki avadanlıqlar və materialların təchizat prosesinin təşkili
ERP sistemi üzərindən sifarişlərin izlənilməsi və nəzarətdə saxlanılması
Təchizatçılarla yazışmalar və danışıqların aparılması
Qiymət təkliflərinin toplanması və müqaisəsi
Sifarişlərin vaxtında çatdırılmasına nəzarət
Anbar və layihə komandası ilə koordinasiya
Şərtlər:
750-1000 manat arası əmək haqqı
Karyera inkişafı imkanı
Stabil və peşəkar iş mühiti
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində "Təchizat üzrə köməkçi" qeyd edilməlidir.
Maaş: 750 AZN
Son müraciət tarixi: 03.10.2026
Similar listings















