Öhdəliklər:
Ağır tikinti və xüsusi texnika (ekskavator, yükləyici, qazma qurğuları və s.) üzrə satış strategiyasının hazırlanması və icrası
Yeni bazar seqmentlərinin araşdırılması, korporativ müştərilərin cəlb edilməsi və əsas müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması
Kommersiya təkliflərinin hazırlanması
İri həcmli müqavilələr üzrə danışıqların aparılması, bağlanması və ödəniş intizamına nəzarət
Bazar və rəqib analizi, tələbata uyğun model/portfel təkliflərinin hazırlanması, satınalma bölməsi ilə əlaqələndirmə
Tələblər:
Ali təhsil (texniki, iqtisadiyyat və ya biznesin idarə edilməsi istiqaməti üstünlükdür)
Analoji sahədə (ağır texnika, ehtiyat hissələri və ya sənaye avadanlıqları satışı) azı 2 il iş təcrübəsi
Ağır texnikaların texniki göstəriciləri, iş prinsipləri və bazar qiymətləndirməsi üzrə dərin biliklər
B2B satış, danışıqlar və key account management üzrə sübut olunmuş nəticələr
Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti; Rus və/və ya İngilis dili iş səviyyəsində
CRM sistemləri və MS Office (xüsusilə Excel) üzrə güclü bacarıq
Analitik düşüncə, hesabatlılıq və komanda qurma bacarığı
Sürücülük vəsiqəsi (B kateqoriyası) və ezamiyyətlərə hazır olmaq
İş şəraiti:
İş qrafiki: I - V günlər (09:00 - 18:00)
Əmək haqqı: Fiks maaş + satışdan bonus/komissiya
Korporativ nömrə və nəqliyyat xərclərinin qarşılanması
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 21.10.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/ikma-machinery-texnika-uzre-satis-mutexessisi-151715